Turkstan.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Portuqaliya hakimiyyəti Atlantik okeanının ortasında 1,7 tondan çox kokain daşıyan "narko-sualtı qayıq" ələ keçirib.
Turkustan.az xəbər verir ki, yarı batmış gəmi Pireney yarımadasına doğru hərəkət edərkən Portuqaliya donanması və ədliyyə polisinin birgə əməliyyatı nəticəsində yaxalanıb.Polis qayıqda Cənubi Amerikadan olan dörd ekipaj üzvünün tutulduğunu açıqlayıb. Şübhəlilərdən ikisi Ekvador, biri Venesuela və biri Kolumbiyalıdır. Onların hamısı Azor adalarında məhkəmə tərəfindən həbs edilib.BBC-nin məlumatına görə, Narkotiklərlə Mübarizə Agentliyinin direktoru Vitor Ananias bildirib ki, müxtəlif millətlərdən olan insanların olması təşkilatın beynəlxalq struktura malik olduğunu göstərir.
Aytən Yaşar/ Turkustan.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.