Ermənistanda polisin qanunsuz silahların aşkarlanması məqsədilə keçirdiyi reydlər nəticəsində təxminən 30 nəfər saxlanılıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, 60 ünvanda genişmiqyaslı axtarışlar və digər əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Nəticədə çoxlu sayda silah-sursat, həmçinin narkotik maddələr aşkarlanaraq götürülüb.
"Cebheinfo.az"