AZ

Zelenski Vuçiçlə DANIŞDI

Ukrayna Prezidenti Volodimir Zelenski serbiyalı həmkarı Aleksandr Vuçiçlə telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna lideri bu barədə "Telegram" kanalında məlumat verib.

Siyasətçinin sözlərinə görə, o və Serbiya lideri iki ölkənin "Avropa inteqrasiyasını əsaslı şəkildə müzakirə ediblər".

"Bir-birimizə kömək edə biləcəyimiz sahələr var. Biz həmçinin regional təhlükəsizlik sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. Ölkələrimiz buna eyni dərəcədə maraq göstərir və biz birlikdə çalışacağıq", - deyə Zelenski yazıb.

Seçilən
65
1
bakivaxti.az

2Mənbələr