AZ

Con Makqinn “Aston Villa” ilə yeni müqaviləyə imza atdı

İngiltərənin “Aston Villa” klubu Şotlandiyadan olan mərkəz yarımmüdafiəçisi Con Makqinn ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Tərəflər arasındakı yeni müqavilənin müddəti 2028-ci ilin yayına qədər qüvvədə olacaq. Əvvəlki müqavilə 2026-cı ilin yayına kimi idi.

Xatırladaq ki, Con Makqinn Şotlandiyanın “Sent Mirren” klubunun yetirməsidir. Ölkəsində “Hibernian”ın da şərəfini qorumuş futbolçu “Aston Villa”ya 2018-ci ildə 3,1 milyon avro müqabilində keçib. O, Premyer Liqa təmsilçisinin heyətində cari mövsümdə 14 oyuna çıxıb, 3 qol və 1 assist müəllifi olub. Şotland futbolçunun “Aston Villa” karyerası bütövlükdə 299 oyun, 33 qol və 41 assistdən ibarətdir.

Makqinn 2016-cı ildə debüt etdiyi Şotlandiya yığmasının heyətində 81 oyun keçirib, 20 qola imza atıb.

Yeri gəlmişkən, “Aston Villa”nın müdafiəçisi Tayron Minqs də uzun müddətə sıradan çıxıb, O, “Liverpul”la oyunda zədələnib. Futbolçu bir müddət əvvəl “Fulhem”ə qarşı Premyer Liqa matçında (3:1) aldığı topuq zədəsindən yenicə sağalmışdı. O, ötən həftə “Liverpul”la görüşün 74-cü dəqiqəsində Pau Torresin əvəzinə meydanda görünmüşdü. Lakin futbolçu matçın son dəqiqələrində sürətlə geriyə qaçaraq Məhəmməd Salahı qarşılayarkən sağ ayağının arxa hissəsini tutub və oyunu davam etdirə bilməyib.

Oyundan sonra baş məşqçi Unai Emeri futbolçunun budun arxa əzələsindən zədə aldığını təsdiqləyib. İlkin olaraq onun təxminən 4 həftə meydanlardan kənarda qalacağı bildirilir. “The Athletic”in iddiasına görə, aparılan müayinələr nəticəsində zədənin daha ciddi olduğu təsdiqlənib. Minqsin təxminən 7 həftə meydana çıxa bilməyəcəyi məlum olub. Bu isə o deməkdir ki, müdafiəçi praktiki olaraq 2026-cı ilə qədər komandasına kömək edə bilməyəcək.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
5
9
arena.az

10Mənbələr