AZ

“Milan” və “İnter” klubları məşhur stadionu satın alıblar

İtaliyanın “Milan” və “İnter” klubları ev oyunlarını keçirdikləri stadionu və ətrafındakı ərazini satın alıblar.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, bunadək Milan bələdiyyəsinə məxsus olan stadion söküləcək və onun yerində yeni, müasir arena inşa ediləcək.

Layihəyə əsasən, arena beynəlxalq standartlara cavab verəcək və Milanın yeni memarlıq simvollarından birinə çevriləcək. Kompleksin tərkibində idman və mədəni yönümlü yeni mərkəz də yaradılacaq. Bu mərkəz “San Siro” bölgəsinin və ümumilikdə şəhərin idman-mədəni kimliyini əks etdirəcək, həmçinin innovasiya, davamlı inkişaf və əlçatanlıq prinsipləri ilə şəhər məkanını yenidən formalaşdıracaq.

Yeni arena 71 500 tamaçı tutumuna malik olacaq. Stadion iki böyük tribunadan ibarət olacaq və elə inşa ediləcək ki, bütün sektorlar meydanı optimal bucaqdan izləməyə imkan versin.

Qeyd edək ki, stadion 1926-cı ildə istifadəyə verilib. Arena “Milan”ın ev oyunları zamanı “San Siro”, “İnter”in matçları zamanə isə “Cüzeppe Meatsa” adlanır.

Seçilən
12
2
yeniazerbaycan.com

5Mənbələr