AZ

Norveç Ukraynaya 100 milyard avroluq kreditin təminatına çıxış aça bilər

Norveç hökuməti Avropanın Ukraynaya planlaşdırdığı 100 milyard avroluq hərbi kredit üçün təminat olaraq öz Suveren Yığım Fondunun bir hissəsini istifadə etməyi nəzərdən keçirir...

Poliqon xəbər verir ki, “The Times” qəzetinin məlumatına görə, Oslonun addımı Ukraynaya yeni maliyyə mənbələri açmaq məqsədi daşıyır. Norveçin Milli Rifah Fondu dünyanın ən böyük investisiya fondu sayılır və onun dəyəri 1,7 trilyon avroya çatır. Təklifə əsasən, fondun bir hissəsi Avropa kredit mexanizmləri qarşısında girov kimi təqdim edilə bilər.

Siyasi baxımdan təşəbbüs Norveç daxilində dəstəklə qarşılanıb. Parlamentdəki doqquz partiyadan dördü – əsasən sol yönümlü partiyalar – bu fikri dəstəkləyib. Onların dəstəyi hökumət başçısı Yonas Qar Stere üçün azlıq hökumətini qorumaq baxımından həlledici əhəmiyyət daşıyır.

Məqalədə qeyd olunur ki, Norveçin siyasi elitası Danimarka və digər Avropa tərəfdaşlarının ittihamlarından sonra bu məsələyə daha açıq yanaşmağa başlayıb. Tənqidçilər bildirirlər ki, NATO üzvü olan, lakin Avropa İttifaqına daxil olmayan Norveç “Rusiya-Ukrayna müharibəsindən qazanc götürür” – yəni Avropaya rekord həcmdə neft və qaz satmaqla gəlirlərini artırır, lakin müttəfiqlərinə əvəzində demək olar ki, heç nə vermir.

Norveçli iqtisadçılar Hovard Halland və Knut Mörk hesab edirlər ki, ölkə bu “gözlənilməz qazancı” kompensasiya etməlidir və bunun ən düzgün yolu nəhəng maliyyə aktivlərinin bir hissəsini Avropa üçün təminat kimi təqdim etməkdir.

Baş nazir Yonas Qar Stere bildirib ki, təklifə açıqdır və onun reallaşma imkanlarını araşdırmaq üçün hökumətə tədqiqat sifariş edib. Lakin o, həmçinin Brüsseldə aparılan danışıqların nəticələrini və Avropa İttifaqının bu təşəbbüsə konkret marağını gözlədiyini vurğulayıb.

Poliqon.info

Seçilən
73
poliqon.info

1Mənbələr