Sumqayıt şəhərində toy mərasimi zamanı bədbəxt hadisə baş verib.
NOCOMMENT.az-ın Sumqayıt bürosunun məlumatına görə, şəhərin 17-ci mikrorayonundakı restoranlardan birində keçirilən tədbir faciə ilə nəticələnib.
1955-ci il təvəllüdlü Yarəliyev Əliflan Nəzər oğlu rəqs edərkən qəfildən halı pisləşib. Ətrafdakıların göstərdiyi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.