AZ

Tramp Cənubi Afrikada keçiriləcək G20 sammitinə getməkdən imtina edib

ABŞ prezidenti CAR-l “ağ fermerlərə qarşı ayrı-seçkilik” və “kommunist tiraniyası”nda ittiham edib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Cənubi Afrikanın ev sahibliyi edəcəyi G20 sammitində iştirak etməyəcəyini bəyan edib. O, bu qərarını ölkədəki “ağ fermerlərə qarşı ədalətsiz münasibət” və “solçu-kommunist ideologiyanın artması” ilə izah edib.

Tramp çıxışında Cənubi Afrikanı beynəlxalq arenada tənqid edərək bildirib.

“Cənubi Afrika artıq heç bir ‘G’ qrupunun, nə G7, nə də G20-nin üzvü olmağa layiq deyil. Orada baş verənlər çox pisdir”, deyə Tramp vurğulayıb.

Siyasətçilər Trampın bu bəyanatını həm diplomatik, həm də iqtisadi baxımdan mübahisəli adlandırıblar. ABŞ administrasiyasının bəzi rəsmiləri hesab edirlər ki, prezidentin bu fikirləri Vaşinqtonun Afrika ölkələri ilə münasibətlərinə zərbə vura bilər.

Qeyd edək ki, G20 sammiti yaxın həftələrdə Yohannesburqda keçiriləcək və orada əsas diqqət qlobal iqtisadi sabitlik, enerji təhlükəsizliyi və beynəlxalq ticarət məsələlərinə yönələcək. Trampın imtinası isə Vaşinqtonun Afrika diplomatiyasında yeni gərginlik dalğası yarada bilər.

Poliqon.info

Seçilən
61
poliqon.info

1Mənbələr