AZ

“Çelsi” əlimizdən qaçdı…” Fotolar

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü tur çərçivəsində “Qarabağ” İngiltərə nəhəngi “Çelsi” ilə qarşılaşıb və oyun 2:2 hesabı ilə başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, bir vaxtlar bu rəqib qarşısında 0:6 və 0:4 kimi acı məğlubiyyətlər yaşayan “Qarabağ” üçün bu nəticə sadəcə bir heç-heçə yox, həm də zamanın dayandığı andır.

Zaman demişkən, ingilislər “Zaman”ın hikmətinə yaxşı bələddirlər.

Hələ ötən əsrdə Kraliça II Elizabetə hədiyyə edilən Qarabağ atı “Zaman”, təkcə bir at yox-Azərbaycanın dözümlülük və iradə simvolu idi.

Sadəcə bir oyun kimi görünə bilər, amma hər Qarabağ adı çəkiləndə, “Zaman”ın hayqırtısı Avropanı yenidən silkələyir.

Bəlkə elə buna görə, oyunun şərhçisi Ertem Şener də nöqtəni belə qoydu:

“Çelsi” əlimizdən qaçdı…”

Zəfər günümüzə sayılı günlər qalmış “Qarabağ”ın hədiyyə kimi oyunundan əməkdaşımız Pərvin Zeynalın çəkdiyi fotoları təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
109
qafqazinfo.az

1Mənbələr