AZ

Tahir Gözəl: “Qarabağ” bütün dünyaya Azərbaycan xalqının cəsarətini göstərir”

"İki gün sonra Zəfər Gününü qeyd edəcəyik. “Qarabağ” isə bu gün bütün dünyaya sübut edir ki, Azərbaycan xalqı mərd və cəsarətlidir".

Apasport.az xəbər verir ki, bu fikirləri “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözəl səsləndirib.

O, Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Çelsi” ilə 2:2 hesablı heç-heçəsindən sonra oyuna münasibət bildirib: “Necə rahat oynadığımızı gördünüz? İkinci qolu hücum zamanı buraxdıq. Matç çox sürətli və baxımlı keçdi. Komandamızla qürur duyuram. Bəlkə də bu, Azərbaycan futbolu tarixinin ən maraqlı oyunlarından biri idi. Qalib gəlmək şansımız var idi, sadəcə, bir qədər bəxtsizlik oldu. Amma biz ümidliyik. Daha bir qələbə qazansaq, pley-off şanslarımız xeyli artacaq. Hələlik vəsiqəni təmin etməmişik, buna görə də qəti fikir söyləmək tezdir. Lakin inanıram ki, bacaracağıq".

Tahir Gözəl həmçinin “Çelsi” kimi güclü rəqiblə bərabərliyə görə Azərbaycan xalqını və ölkə rəhbərliyini təbrik edib: “Möhtəşəm oyun göstərdik, çox qürurluyam. Hesab 2:1 olanda üçüncü qolumuzu gözləyirdim, çünki komanda artıq özünə tam inanırdı. Bir çox qol epizodlarımız oldu. Unutmayaq ki, rəqib ‘Çelsi’ idi və heyətində çox təhlükəli futbolçular var. Macəramız davam edir. Böyük həyəcanla ilk 24 komanda arasına düşəcəyimizə inanıram".

"Qarabağ" "Çelsi" ilə oyundan əvvəl azarkeşlərə müraciət edib

Bakı metropolitenində "Qarabağ"ın oyununa görə iş saatı uzadıldı

Kənan Manafov: "Beynəlxalq oyun təcrübəsi baxımından rəqibdən geri qalırdıq"

Azərbaycan derbisinə doğru: Qollar

"Qarabağ" və "Neftçi" arasında baş tutan oyunlarda 13 avtoqol qeydə alınıb

Seçilən
72
1
apasport.az

2Mənbələr