Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.
Çempionlar Liqasının dördüncü turunda “Ayaks” (Amsterdam) və “Qalatasaray” (İstanbul) arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, matçda qonaqlar 3:0 hesabı ilə qələbə qazanıblar.
Oyun “Yohan Kroyff Arena”da (Amsterdam) baş tutub.
Viktor Osimhen 59-cu dəqiqədə hesabı açıb, 66-cı dəqiqədə penaltidən ikinci qolu vurub və 78-ci dəqiqədə yenə penaltidən het-trik edib.
Bu oyundan sonra “Ayaks” xalsız olaraq Çempionlar Liqası turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Doqquz xallı “Qalatasaray” turnir cədvəlinin ortasındadır.
Növbəti turda “Ayaks” noyabrın 25-də “Benfika”nı qəbul edəcək, “Qalatasaray” isə həmin gün evdə “Yunion”la qarşılaşacaq.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.