AZ

Tramp: Mamdaninin Nyu-York meri seçilməsi ABŞ-ın suverenliyinin qismən itirilməsidir

Nyu-York şəhərinin mer seçkilərində demokrat Zohran Mamdaninin qələbəsi ABŞ-ın suverenliyinin itirilməsi deməkdir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Floridada biznes-forumda çıxışında ABŞ Prezidenti Donald Tramp deyib.

 

Tramp son prezident seçkilərindəki qələbəsini ABŞ tarixindəki ən mühüm seçkilərdən biri adlandırıb. Onun sözlərinə görə, 2024-cü il noyabrın 5-də Amerika xalqı gücünü geri alıb və suverenliyini bərpa edib. Bununla belə, Ağ Ev rəhbəri qeyd edib ki, Mamdaninin Nyu-York meri seçkilərində qələbəsi suverenliyin qismən itirilməsi ilə nəticələnib, lakin bu məsələ ilə məşğul olacaq.

 

Qeyd edək ki, noyabrın 4-də 34 yaşlı Mamdani 50%-dən çox səs toplayaraq Nyu-York meri seçkilərində qalib gəlib. O, seçkiqabağı kampaniya zamanı mənzil kirayəsi qiymətlərinin artımını dondurmağı, avtobusla pulsuz gediş-gəlişi təmin etməyi, aşağı qiymətlərlə şəhər ərzaq mağazaları şəbəkəsi yaratmağı, 2030-cu ilə qədər minimum əmək haqqını hər saata görə 16,5 dollardan 30 dollara qədər artırmağı vəd edib. Mamdani sosial təşəbbüslərini maliyyələşdirmək üçün varlılıq vergisini artırmaq, həmçinin dövlət ali təhsil sistemində pulsuz təhsilin maliyyələşdirilməsinə vəsaitlər yönəltmək üçün Nyu-Yorkun özəl universitetlərinə əmlak vergisi tətbiq etmək niyyətindədir.

 

Yeni mer İsrailin Fələstinə qarşı hərəkətlərini həmişə kəskin tənqid edib. Mamdaninin əleyhdarları onun şəriət qanunları ilə idarə olunan bir şəhər arzusunda olduğunu iddia edirlər.

Seçilən
86
senzor.az

1Mənbələr