AZ

Çin kosmosda ilk dəfə ulduzlararası cismi izləyib

BAKI, 6 noyabr. TELEQRAF

Çinin Mars tədqiqat aparatı “Tyanven-1” yüksək ayırdetmə qabiliyyətli kamerası vasitəsilə 3I/ATLAS adlı ulduzlararası obyekti müşahidə edib.

Teleqraf xəbər verir ki, bu barədə Çin Milli Kosmik İdarəsi (CNSA) məlumat yayıb.

Məlumata görə, müşahidə zamanı aparat obyektə təxminən 30 milyon kilometr məsafədə olub. Yerə ötürülən məlumatlar əsasında 30 saniyə ərzində çəkilmiş şəkillərdən ibarət animasiya hazırlanıb. Bu Çin üçün kosmik tədqiqat aparatı vasitəsilə ulduzlararası obyektin ilk müşahidəsi sayılır.

3I/ATLAS obyekti 1 iyul 2025-ci il tarixində Çilidə yerləşən teleskop vasitəsilə kəşf olunub və Günəş sisteminə daxil olmuş üç məlum ulduzlararası cisimdən biridir.

“Tyanven-1” vasitəsilə müşahidələrə hazırlıq sentyabr ayında başlanıb. “Tyanven-1” missiyası 2020-ci ilin iyulunda orbit aparatı, eniş modulu və marsoxoddan ibarət şəkildə buraxılıb və 2021-ci ilin fevralında Mars orbitinə çıxıb.

Seçilən
63
teleqraf.com

1Mənbələr