AZ

Türkiyə Rusiya qazının dünyada ikinci ən böyük alıcısıdır

Türkiyə və Rusiya illik təxminən 22 milyard kubmetr təbii qazın tədarükünü davam etdirmək üçün danışıqlara başlayıblar. Vətəninfo.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Məlumata görə, Ankara bundan əvvəl uzunmüddətli müqavilələr əsasında Rusiya qazının boru kəmərləri ilə alınmasını dayandırmaq üçün Qərbin təzyiqlərinə baxmayaraq, əməkdaşlığı davam etdirib.

Hazırda Türkiyə, Çindən sonra Rusiya qazının ikinci ən böyük alıcısı olaraq qalır. “Qazprom” ötən il Türkiyəyə 21,6 milyard kubmetr qaz tədarük edib.

Rusiya qazı uzun illərdir Türkiyənin enerji bazarında əsas paya malikdir. Enerji resursları baxımından demək olar ki, tamamilə idxaldan asılı olan Türkiyə, Avropanın dördüncü ən böyük qaz bazarı hesab olunur.

Bununla yanaşı, İran və Azərbaycan da Türkiyənin qaz idxalında mühüm paya sahibdir.

Seçilən
47
veteninfo.az

1Mənbələr