AZ

Rüşvət alan məktəb direktoru ilə bağlı qərar verildi

Ali Məhkəmədə rüşvət almaqda təqsirləndirilən Vurğun Mənsimovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Paralel.az xəbər verir ki , hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib. İttihama görə, Vurğun Mənsimov 01 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək Yardımlı rayon Uşaq-gənclər idman-şahmat məktəbinin direktoru vəzifəsində işləyib.

O, çalışdığı müddət ərzində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən dələduzluq edib, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə təkrar talamış və vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün maddi nemət əldə etməklə rüşvət alıb və rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı edib.

Belə ki, Vurğun Mənsimov 71 445 manat dövlət büdcəsi vəsaitini mənimsəyib, 8 000 manat dələduzluq edib və 3 000 manat rüşvət alıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Belə ki, onun cəzası 4 il 9 aya endirilib. (Pravda.az)


Seçilən
26
4
paralel.az

5Mənbələr