AZ

“Qarabağ”ın oyunçusu bombardirlər siyahısında! Çempionlar Liqası

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade UEFA Çempionlar Liqasının 4-cü turundan sonra yarışın bombardirləri siyahısında yer alıb.

QOL.az-ın xəbərinə görə, Kabo-verdeli dünən “Çelsi” ilə matçda (2:2) fərqlənməklə Liqa mərhələsində qollarının sayını 3-ə yüksəldib. 

26 yaşlı “Qarabağ”lı ilə yanaşı daha 9 futbolçu 3 qol vurub ki, bu göstərici ilə onlar hamısı 8-ci yerə şərikdirdirlər.

Söhbət Harvi Barns (“Nyukasl”), Fermin Lopes (“Barselona”), Qorka Quruseta (“Atletik”, Bilbao), Markos Lyorente (“Atketiko”, Madrid), Luis Dias (“Bavariya”), Qabriel Martinelli (“Arsenal”), Feliks Nmeça (“Borussiya”, Dortmund), İqor Payşao (“Olimpik”, Fransa) və Duşan Vlahoviçdir (“Yuventus”).

Bombardirlər siyahısına isə 6 qolla “Qalatasatay”lı Viktor Osimhen başçılıq edir. Sonrakı yerləri hərəyə 5 qol vuran Erlinq Haaland (“Mançester Siti”), Harri Keyn (“Bavariya”), Kilian Mbappe (“Real”) və 4 dəfə fərqlənmiş Entoni Qordon (“Nyukasl”), Lautaro Martines (“İnter”), Markus Raşford (“Barselona”) tuturlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
4
qol.az

5Mənbələr