AZ

Qazaxıstan taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salınır

Ermənistan üçün Qazaxıstan taxılı ilə yüklənmiş qatar Azərbaycandan Gürcüstana yola salınır.

"APA-Economics" xəbər verir ki, Gürcüstana yola salınan qatar daha sonra Ermənistana gedəcək.

Qeyd edək ki, noyabrın 6-da Qazaxıstandan Azərbaycan və Gürcüstandan tranzit keçməklə 15 ədəd vaqon rəsmiləşdirilərək Biləcəri stansiyasından Ermənistana yola salınır.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.

Seçilən
16
6
apa.az

10Mənbələr