AZ

“Qırmızı kabus” Trampı narahat edir

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda mer seçkilərində demokrat Zöhran Mamdaninin qələbəsinə münasibət bildirib.

Modern.az xəbər verir ki, o, bu nəticəni “ABŞ suverenliyinin qismən itirilməsi” kimi qiymətləndirib.

Tramp bu fikirləri Mayamidə keçirilən biznes forumunda səsləndirib: “Biz 5 noyabr 2024-cü ildə çox mühüm bir iş gördük, xalqımıza hakimiyyəti geri qaytardıq. O gün suverenliyimizi bərpa etdik. Dünən gecə Nyu-Yorkda onun bir hissəsini itirdik, amma bunun öhdəsindən gələcəyik”, - deyə prezident bildirib.

Tramp əlavə edib ki, ABŞ-da kommunizmin “heç bir formada və şəkildə qurulmasına imkan verməyəcək”:

“Mən prezident olduğum müddətdə ABŞ kommunist ölkə olmayacaq. Biz bu dəli ideyaları dayandıracağıq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, 4 noyabrda keçirilən seçkilərdə demokrat-sosialist Zöhran Mamdani Nyu-Yorkun yeni meri seçilib. O, andiçmə mərasiminin gələn ilin 1 yanvarında keçiriləcəyini açıqlayıb və Trampı “dayandıracağına” söz verib.

Hazırda şəhərə Eric Adams rəhbərlik edir. Tramp səsvermə ərəfəsində bəyan etmişdi ki, əgər Mamdani qalib gələrsə, federal hökumət Nyu-Yorka yalnız qanunla müəyyən edilmiş minimum maliyyə ayıracaq. O, Mamdanini “kommunist” adlandırmışdı.

Seçilən
29
1
modern.az

2Mənbələr