Bakı. Trend:
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunaaid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdluişdən aylıq gəlirlərindən vergi tutulacaq.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan VergiMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.
Sənədə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan vəqeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyənfiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakıgöstərilən dərəcələrlə tutulacaq.
2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dəkaşağıdakı cədvələ uyğun olaraq:
| Vergi tutulan aylıq gəlirin məbləği | Verginin dərəcəsi | ||||||
| 2500 manatadək | 3 faiz | ||||||
| 2500 manatdan 8000 manatadək | 75 manat + 2500 manatdan 8000 manatadək olanməbləğin 10 faizi | ||||||
| 8000 manatdan çox olduqda | 625 manat + 8000 manatdan çox olan məbləğin 14faiz | ||||||
2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dəkaşağıdakı cədvələ uyğun olaraq:
| Vergi tutulan aylıq gəlirin məbləği | Verginin dərəcəsi | ||||||
| 2500 manatadək | 5 faiz | ||||||
| 2500 manatdan 8000 manatadək | 125 manat + 2500 manatdan 8000 manatadək olanməbləğin 10 faizi | ||||||
| 8000 manatdan çox olduqda | 675 manat + 8000 manatdan çox olan məbləğin 14faizi | ||||||
2028-ci il yanvarın 1-dən aşağıdakı cədvələ uyğunolaraq:
| Vergi tutulan aylıq gəlirin məbləği | Verginin dərəcəsi | ||||||
| 2500 manatadək | 7 faiz | ||||||
| 2500 manatdan 8000 manatadək | 175 manat + 2500 manatdan 8000 manatadək olanməbləğin 10 faizi | ||||||
| 8000 manatdan çox olduqda | 725 manat + 8000 manatdan çox olan məbləğin 14faizi | ||||||
Mövcud qanunvericiliyə əsasən, neft-qaz sahəsində fəaliyyətiolmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərindəişləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğunolaraq tutulur:
| Vergiyə cəlb edilən aylıq gəlir | Verginin dərəcəsi | |||
| 8000 manatadək | 0 faiz | |||
| 8000 manatdan çox olduqda | 8000 manatdan çox olan məbləğin 14 faizi | |||