AZ

Şuşada hərbi yürüş keçirilib

Şuşada Zəfərin beşinci ildönümünün qeyd olunması münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, hərbi qulluqçular şəhərin küçələrindən keçid ediblər.
Azərbaycan Ordusunun hərbçilərinin Bayraq meydanından başlayan yürüşü hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən olunan marşrut üzrə davam edib.

Şəhər sakinləri hərbi yürüşü böyük qürurla izləyiblər.
Seçilən
61
1
sherg.az

8Mənbələr