Operativ MM saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ tərəfindən BMT Təhlükəsizlik Şurasına təqdim edilən Qəzza zolağı ilə bağlı qətnamə layihəsində Dünya Bankının 2027-ci ilin sonuna qədər Fələstin anklavının yenidən qurulmasını maliyyələşdirmək üçün xüsusi fond yaratması təklifi yer alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bbu barədə Qətərin “Əl-Cəzirə” televiziya kanalı mənbəyə istinadən məlumat verib.
Bildirilib ki, Vaşinqton Qəzza ilə bağlı qətnamə layihəsini artıq rəsmi şəkildə BMT Təhlükəsizlik Şurasına təqdim edib.
Sənəddə həmçinin Qəzza zolağında idarəetmə və təhlükəsizliyin təmin olunması üçün 2027-ci ilin sonuna qədər – uzadılma imkanı ilə – beynəlxalq qüvvələrə geniş səlahiyyətlərin verilməsi təklif olunur. Bu qüvvələr sərhədləri qoruyacaq, humanitar dəhlizlərin təhlükəsizliyini təmin edəcək, yeni Fələstin polis qüvvələrini hazırlayacaq və anklavın silahsızlaşdırılmasına cavabdeh olacaqlar.
Məlumata görə, ABŞ administrasiyası qətnamə üzrə səsvermənin yaxın zamanda keçirilməsini və beynəlxalq qüvvələrin Qəzzaya yanvar ayından etibarən yerləşdirilməsini istəyir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.