AZ

“Çelsi”yə qarşı bərabər səviyyədə oynadıq” – Bəhlul Mustafazadə

“Bu cür rəqibə qarşı çox yaxşı mübarizə apardıq. Hətta oyunun bəzi hissələrinə üstün tərəf biz idik. Qalib də gələ bilərdik. Oyunun ədalətli nəticəsi heç-heçə oldu. Ancaq ümumən göstərdiyimiz oyundan razıyıq və daha da artırmalıyıq ki, xallarımız çoxalsın”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə “Çelsi” oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Müdafiəmeyilli oynasaydıq, qələbəni qoruya bilərdik. Ancaq hesabda öndə olsaq da, hücumlara davam edirdik. Üçüncü qolu vurmağa çalışırdıq. İstəyirdik ki, yaxşı oyun göstərək və nəticə qazanaq. Belə baxanda, “Çelsi”yə qarşı bərabər səviyyədə oynadıq. Növbəti rəqib “Napoli” olacaq. Onlara qarşı da eyni oyunu göstərməliyik. İtaliyada da layiqli mübarizə aparıb, xal qazanmağa çalışacağıq”.

Seçilən
49
1
idmanxeber.az

2Mənbələr