AZ

Türkiyədə uçan daş karxanasının dağıntıları altından bir işçinin cəsədi tapılıb

İstanbul, 6 noyabr, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Ordu vilayətinin Fatsa rayonundakı daş karxanasında baş verən uçqun nəticəsində dağıntılar altında qalan iki işçidən birinin cəsədi tapılıb.

AZƏRTAC xəbər verir ki, noyabrın 5-də baş verən hadisə yerində axtarış-xilasetmə işləri bu gün də davam etdirilib.

Ərazidə aparılan partlayış işlərindən sonra karxananın yuxarı hissələrdən qopan torpaq və qaya parçaları ekskavator və yük maşınının üzərinə düşüb. Ekskavator operatoru Burak Kilci və yük maşınının sürücüsü Ahmet Şahin uçqunun altında qalıblar.

Bu gün 3 ay əvvəl evləndiyi bildirilən ekskavator operatorunun cansız bədəni tapılıb.

Ordu valisi Muammer Erol bölgədə işlərin davam etdiyini və uçqun təhlükəsinin hələ də mövcud olduğunu bildirib.

Seçilən
21
1
azertag.az

2Mənbələr