AZ

Elon Mask Tesla dan istefa verə bilər

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Əgər investorlar onun təxminən 1 trilyon dollarlıq təzminat paketini rədd edərlərsə, Elon Mask istefa verə bilər.

"Unikal" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə "Tesla"nın direktorlar şurası açıqlayıb. 

"Tesla" səhmdarları bu gün Maska şirkət səhmlərinin 878 milyard dollara qədər ödənilməsi və ya onun getməsi riski ilə bağlı səsvermə keçirəcəklər ki, bu da səhmlərin düşməsinə səbəb ola bilər.

Ekspertlər hesab edirlər ki, bu qərar dünyanın ən varlı adamına ənənəvi korporativ idarəetmə qaydalarının tətbiq edilib-edilməməsi ilə bağlı referendumun keçirilməsinə bərabərdir.

Ağarza Elçinoğlu 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
92
2
unikal.az

3Mənbələr