AZ

“Məhsulumuzu 30 qəpiyə belə alan yoxdur” Video

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sitrus bağlarında naringi yığımına başlayan astaralı fermerlər qiymətin aşağı olmasından narazıdırlar.

Fermerlərin “Qafqazinfo”ya bildirdiyinə görə, məhsul bol olsa da, meyvələrin xırda olması səbəbindən aşağı qiymət təklif olunur.

“Qeyri-sabit hava şəraiti meyvəyə də, məhsuldarlığa da öz mənfi təsirini göstərib. İlk yığımda 1-1,5 manata satılan məhsula indi 30-70 qəpiyə belə alıcı tapılmır, - şikayətçilər söyləyiblər.

Astaralı fermerləri narahat edən digər problem isə məhsulu xarici bazarlara çıxara bilməməkləri ilə bağlıdır. Belə ki, onların sözlərinə görə, bunun üçün bəzi qurumlar fermerlərdən müxtəlif sənədlər tələb edirlər. Həmin sənədlər toplanana qədər isə naringilər zay olur. Digər tərəfdən isə, rayon ərazisində yığılan məhsulun saxlanılması üçün saxlama kameraları yoxdur.

Hazırda əsas məhsul yığımı rayonun Siyəkü kənd ərazi vahidliyinə daxil olan dağətəyi kəndlərdə aparılır.

Astara RİH-nin Siyəkü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Höküməli Əliyev qeyd edib ki, həmin kəndlərdə 350 ha ərazidə naringi ağacları əkilib: “Bu il məhsuldarlıq yaxşı idi, lakin hava şəraiti ilə əlaqədar meyvələrin həcmi kiçik oldu. Bu vaxta kimi təqribən 1000 tondan yuxarı “karli” sortu yığılaraq daxili bazarlarda satılıb. Bu dəqiqə ərazidə qarışıq mal 60-70 qəpiyədir. Bu da fermerlərə sərf etmir, çox aşağı qiymətdir. Onlar tərəfindən ərazi vahidliyində saxlama kameralarının qurulması, eləcə də fermerlərin öz məhsullarını orada müəyyən vaxt saxlaması ilə bağlı bizə dəfələrlə müraciət olunub. Biz də yuxarı təşkilatlara müraciət etmişik. Artıq aidiyyəti qurumlar söz veriblər ki, yaxın gələcəkdə saxlama kameraları yaradılacaq”.

Surxay Şahbazov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
1
qafqazinfo.az

2Mənbələr