AZ

Ermənistanda doğum azalıb, ölüm və boşanma artıb STATİSTİKA

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Ermənistanda doğum səviyyəsi azalmaqda davam edir, ölüm və boşanma halları isə artmaqdadır.

“Cebheinfo.az” xəbər verir ki, Ermənistan Respublikasının Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Ermənistanın daimi əhalisinin sayı 3 milyon 90 min 500 nəfər təşkil edib. 

Onların 1 milyon 977 min 400 nəfəri şəhərlərdə, 1 milyon, 113 min 100 nəfəri isə kəndlərdə yaşayır.Statistika Komitəsinin məlumatına görə, yanvar-sentyabr aylarında Ermənistanda 23 698 nəfər anadan olub. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1244 nəfər azdır.Qeyd edilir ki, 2024-ci ilin doqquz ayı ərzində Ermənistanda 24 942 uşaq doğulub. 

Cari ilin yanvar-sentyabr aylarında Ermənistan Respublikasında 19 064 nəfər vəfat edib. 2024-cü illə müqayisədə bu il ölüm nisbəti artıb. 

Qeyd edək ki, 2024-cü ildə Ermənistasnda ölənlərin sayı 18 959 nəfər təşkil edib. Ölüm halları əsasən qan dövranı sistemi xəstəlikləri, onkoloji və tənəffüs yolları xəstəlikləri ilə əlaqədar olub. Qeyd olunub ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Ermənistanda hamiləlik, doğuş və doğuşdan sonrakı dövrlə bağlı ağırlaşmalar səbəbindən bir dənə də olsun ana ölümü hadisəsi qeydə alınmayıb, 2024-cü ilin yanvar-sentyabr aylarında isə 6 ana ölümü hadisəsi qeydə alınıb.

Məlumata görə, 2025-ci ilin ilk 9 ayında Ermənistan Respublikasında 10 238 nəfər evlənib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə azdır. Belə ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Ermənistanda nikaha goirənlərin sayı 11 696 nəfər olub.

Bu il Ermənistnda boşanmaların sayı bir qədər artaraq 3 617-ə çatıb. 2024-cü ildə 3422 boşanma faktı qeydə alınıb.“Respublikada 2025-ci ilin yanvar-sentyabr aylarında hər 1000 nikahdan 353-ü boşanma ilə nəticələnib. Halbuki 2024-cü ilin yanvar-sentyabr aylarında bu rəqəm 293 olub”, - Komitənin açıqlamasında deyilir.

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr