AZ

"Mənim üçün rəqibin kim olması fərq etmir" - Elvin Cəfərquliyev

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda “Çelsi” ilə keçirilən oyundan sonra fikirlərini bölüşüb.

"Football-plus.az" xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Bakıda qeydə alınan 2:2 hesablı heş-heçənin qələbəyə bərabər olduğunu deyib:
"Bütün Azərbaycan xalqığı təbrik edirəm. “Çelsi” ilə heç-heçə qələbəyə bərabərdi. Həqiqətən də komandamız çox inkişaf edib, böyüyüb. “Qarabağ” elə bir səviyyədədi ki, bu gün “Çelsi” üzərində qələbədən də danışırıq. Düşünürəm ki, komanda olaraq çox yaxşı oyun keçirdik. Bilirdik ki, rəqib yüksək pressinqdə oynayır və bu, bizə çətinliklər yaradırdı. Amma buna baxmayaraq, hər şeyin öhdəsindən gəldik".

Elvin Cəfərquliyev öz çıxışı barədə sualı da cavablandırıb:
"Özümə güvənirdim, həmişəki kimi çox inamlı idim. Mənim üçün rəqibin kim olması fərq etmir. Əsas odu ki, çıxıb öz oyunumu göstərim. Düşünürəm, bu gün də bunu bacardım. Bu səviyyədə futbolçulara qarşı artıq bir neçə dəfə oynamışam”.

Elvin Avropa klublarından mümkün transfer təklifi ilə bağlı isə bunları deyib:
“Yeni təkliflər barədə menecerimlə danışığımız olmayıb. Avropa klublarından maraq ola bilər, amma maraq varsa, bu o demək deyil ki, hansısa kluba transfer olacam. Bunun reallaşması üçün menecerimlə danışıqlar aparılmalı, həm də mənim razılığım olmalıdı. Maraq olur, amma nə qədər realdı, bu barədə hələ heç nə deyə bilmərəm. Nə zamansa oturub menecerimlə bu mövzuda danışmalıyam".
Seçilən
30
8
football-plus.az

10Mənbələr