"2025-ci ilin üçüncü rübü ərzində Azəri-Çıraq-Günəşlidən ümumi hasilat (Çıraq (21 000), Mərkəzi Azəri (88 000), Qərbi Azəri (75 000), Şərqi Azəri (43 000), Dərinsulu Günəşli (52 000), Qərbi Çıraq (24 000) və ACE (24 000) platformalarından birlikdə) gündəlik orta hesabla 327 minbarel və ya ümumilikdə təxminən 89 milyon barel, yəni 12 milyon ton olub".
Teleqraf xəbər verir ki, bu barədə blokun operatoru "BP-Azerbaijan"nın üçüncü rüb üzrəyaydığı məlumatda qeyd edilib.
Bildirilir ki, indiyədək bu platformadan ümumilikdə 1,2 milyard barrel (155 milyon ton) neft hasil edilib.
Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 145 neft hasilat quyusu, 48 su injektor quyusu və 10 qaz injektor quyusu istismarda olub.