AZ

Aİ rus vətəndaşlarına viza qaydalarını daha da sərtləşdirir

Aİ rus vətəndaşlarına viza qaydalarını daha da sərtləşdirir

Avropa İttifaqının (Aİ) rus vətəndaşlarına viza qaydalarını daha da sərtləşdirməyə hazırlaşdığı, yalnız birgirişli viza verilməsi üçün yeni tənzimləmə hazırladığı iddia olunub.

“Politico” xəbər saytının Aİ mənbələrinə istinadla yaydığı məlumata görə, bu addım Ukraynaya qarşı davam edən müharibəyə görə Moskvaya təzyiq göstərmək cəhdlərinin bir hissəsi olacaq.

Yeni qaydaya əsasən, rus vətəndaşlarına çoxgirişli Şengen vizaları əvəzinə yalnız birgirişli viza verilməsi planlaşdırılır.

Aİ Komissiyasının humanitar səbəblər və ya Aİ vətəndaşlığı olan şəxslərlə bağlı bəzi istisnaları nəzərdə tutan bu tənzimləməni bu həftə açıqlayacağı gözlənilir.

Digər tərəfdən, viza vermək səlahiyyəti üzv dövlətlərin milli səlahiyyət sahəsinə daxildir.

Aİ Komissiyasının prosesi çətinləşdirmək imkanına malik olmasına baxmayaraq, rus vətəndaşlarına qarşı tam miqyaslı qadağa tətbiq etmək səlahiyyəti yoxdur.

Aİ 2022-ci ildə Rusiya ilə daha əvvəl imzalanmış viza asanlaşdırılması sazişini dayandırdığını açıqlamış, daha sonra rus vətəndaşlarına verilən vizalarla bağlı daha sərt məhdudiyyətlər tətbiq etmək üçün yeni qaydalar hazırlamışdı.

Seçilən
57
afn.az

1Mənbələr