AZ

Komitə sədri Premyer Liqanın 10-cu turunun mübahisəli epizodlarını şərh etdi – VİDEO

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının 10-cu turunda keçirilən oyunlarda mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

İdmanxeber.az xəbər verir ki, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.

O, “Karvan-Yevlax” – “Zirə” (2:3), “Turan Tovuz” – “Şamaxı” (2:1), “Qarabağ” – “İmişli” (2:0) və “Neftçi” – “Kəpəz” (5:1) matçlarında qeydə alınan ümumilikdə 5 epizodla bağlı fikirlərini bölüşüb.

Belçikalı mütəxəssis hakimlərin həmin epizodlar zamanı düzgün qərarlar verdiyini bildirib.

Seçilən
12
3
idmanxeber.az

5Mənbələr