44 günlük müharibə dövründə Prezident İlham Əliyev həm cəbhədə, həm də informasiya müstəvisində qətiyyətli lider kimi tanındı. Onun hər bir çıxışı xalqda inam, orduda qələbə əzmi yaratdı. "Qarabağ Azərbaycandır!" ifadəsi təkcə bir çağırış deyildi - bu, milli birliyin, vətən sevgisinin və əqidənin təcəssümü idi. Azərbaycan xalqı o günlərdə Prezidentinin ətrafında sıx birləşərək tarixdə görünməmiş həmrəylik nümunəsi göstərdi.
Müharibədən sonrakı illər Prezident İlham Əliyevin quruculuq və bərpa siyasətinin dönəmi oldu. Azad olunmuş ərazilərdə həyatın bərpası, infrastrukturun qurulması, "Böyük Qayıdış" proqramı çərçivəsində görülən işlər ölkənin iqtisadi və mənəvi dirçəlişinə xidmət edir. Bu siyasət təkcə torpaqların deyil, milli ruhun da yenidən doğuluşudur.
Bu gün Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Türk dünyası ilə münasibətlərin strateji səviyyəyə yüksəlməsi, Şuşa və Qəbələ zirvələrinin tarixi əhəmiyyəti, yeni əməkdaşlıq formatları - bütün bunlar müasir Azərbaycanın siyasi nüfuzunu göstərir. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunu inamla davam etdirərək ölkəni yeni qələbələrə aparır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31