AZ

Yaddaş itkisinə səbəb olan ilginc amil Araşdırma

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Bel bölgəsindəki artıq yağlar bəzi qadınlarda yaddaşın pozulmasına səbəb ola bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Şimali Amerika Menopoz Cəmiyyətinin alimləri araşdırma aparıb.

“Daxili orqanların ətrafında toplanan visseral piy xroniki iltihabı tətikləyir və insulinə həssaslığı azaldır. Qadınlarda menopozdan sonra estrogen səviyyəsinin azalması beyinə mənfi təsirləri gücləndirir. Bu proseslər yaşa bağlı idrakın zəifləməsini sürətləndirir”, – deyə bildirilib.

Tədqiqatçılar qeyd ediblər ki, menopozdan əvvəl metabolik dəyişikliklərin qarşısını almaq qadınların təkcə fiziki deyil, həm də psixi sağlamlığını qoruyur.

Günel Cəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
globalinfo.az

1Mənbələr