AZ

Rabitəbank-da hüquqi şəxslərin depozitləri 27 milyon manatadək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Rabitəbank-ın depozit portfeli cari ilin 30 sentyabr 2025-ci il tarixinə 792 milyon 913 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın depozit portfeli ötən ilin sonu ilə müqayisədə 115 milyon 694 min manat və ya 17,1% artıb.

Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 550 milyon 855 min manat, hüquqi şəxslərin depozitləri isə 242 milyon 58 min manat təşkil edib. 

2024-cü ilin sonu ilə müqayisədə fiziki şəxslərin depozitləri 88 milyon 901 min manat (19,2%), hüquqi şəxslərin depozitləri isə 26 milyon 794 min manat (12,4%) artıb. 

Ötən ilin sonunda depozitlərin məbləği müvafiq olaraq 461 milyon 954 min manat və 215 milyon 264 min manat təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
5
2
banco.az

4Mənbələr