Bakı. Trend:
Qeyri-formal məşğulluqda olan şəxslər, yəni sığorta sisteminədaxil olmayan şəxslər belə, ilkin səhiyyə xidməti və təcili tibbiyardım xidmətlərindən ödənişsiz şəkildə yararlana bilirlər. Yəni,hər hansı təcili tibbi yardım halında bu şəxslər xidmətlərdənməhrum qalmayacaqlar.
Trend xəbərverir ki, bunu bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyininİdarə Heyətinin sədri Zaur Əliyev Milli Məclisin bir neçəkomitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı ildövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanıdeyib.
Sədr bildirib ki, ilkin səhiyyə xidməti İTSDA üçün prioritetistiqamətlərdən biridir. Bu sahə nə qədər inkişaf edərsə, bir oqədər preventiv tədbirlərin görülməsi mümkün olacaq vəxəstəxanalara düşən yük azalacaq.
“Hazırda bu sahədə iki əsas problem var:
1. Tibb müəssisələrinin fiziki vəziyyəti: Ölkədə təxminən 2500-dək tibb məntəqəsi mövcuddur, onların 43 %-i tam yararsızvəziyyətdədir. Bu, əsasən kənd yerlərindəki məntəqələrə aiddir.
2. Kadr çatışmazlığı: Hazırda kənd məntəqələrində xidmətgöstərmək üçün azı 1 500 həkimə ehtiyac var. Bu məsələ ilə bağlıSəhiyyə Nazirliyi ilə bir neçə görüşümüz olub və nazirliktərəfindən bu çatışmazlığın aradan qaldırılması istiqamətindəmüəyyən təklif və həll yoları var”.
Z.Əliyev əlavə edib ki, sosial-iqtisadi inkişaf strategiyasıçərçivəsində 2027-2030-cu illərdə təmir mərhələli şəkildə həllolunacaq.
“Pilot layihə olaraq isə Bərdə rayonu seçilib. Bərdə yeganərayondur ki, hazırda bütün kəndlərdə həkim təminatı mövcuddur. Busəbəbdən, ilin sonuna qədər bütün tibb məntəqələrinin yenidənqurulması planlaşdırılır. Gələn ilin mart ayında sizi Bərdəyə dəvətetməyi planlaşdırırıq ki, görülən işlərlə yerində tanış olabiləsiniz.
Bu istiqamətdə işlərimizi davam etdiririk və inanıram ki,qarşıdakı bir neçə ildə bunun müsbət nəticələrini görəcəyik”, -deyə o fikrini yekunlaşdırıb.