Bakı. Trend:
Cari ilin ilk doqquz ayı ərzində Azərbaycanın “Şahdəniz”yatağından - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarındanbirlikdə - təqribən 21 milyard standart kubmetr qaz və təxminən 3milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilib.
Trend bu barədəbp-yə istinadən xəbər verir.
Müqayisə üçün, 2024-cü ilin eyni dövründə yataqda 20 milyardkubmetr qaz və 3 milyon tondan çox kondensat hasil olunmuşdu.
Üçüncü rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a),Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına,çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qazçatdırılması davam etmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən75,7 milyon (ildə təqribən 27,6 milyard) standart kubmetrdir.
Şahdənizdə iştirak payları aşağıda göstərilib:
bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), CənubQaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM (5,00%).