AZ

Azərbaycanda mikro sahibkarlığa verilən kreditlərin həcmi 3,4 milyard manata çatıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,418 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, bu göstərici sentyabrın 1-i ilə müqayisədə 71,6 milyon manat və ya 2,1%, ötən ilin eyni dövrünə nisbətən isə 466,2 milyon manat və ya 15,8% artıb.

Məlumdur ki, sentyabrın 1-nə mikro sahibkarlara verilən kreditlərin həcmi 3,346 milyard manat, 2024-cü ilin oktyabrın 1-nə isə 2,952 milyard manat olub.

Qeyd edək ki, 2025-ci ilin oktyabrın 1-nə Azərbaycan banklarının ümumi biznes kredit portfeli 15,545 milyard manat təşkil edib. Bu isə aylıq müqayisədə 452,8 milyon manat (3%), illik müqayisədə isə 1,1 milyard manat (7,9%) artım deməkdir.

Fuad Mədətov
Finss.az

Seçilən
5
3
fins.az

10Mənbələr