AZ

Səudiyyə Ərəbistanı nümayəndə heyəti Ermənistana səfər etdi

BAKI, 6 noyabr. TELEQRAF

Noyabrın 6-da Ermənistan parlamentinin sədri Alen Simonyan Səudiyyə Ərəbistanı parlamentinin Səudiyyə Ərəbistanı-Ermənistan dostluq qrupunun rəhbəri Əli Məhəmməd əl-Şəhraninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf xəbər verir ki, həmsöhbətlər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi ilə bağlı məsələlər, siyasi münasibətlərin inkişafı və ikitərəfli iqtisadi maraqlarla bağlı müzakirələr aparılıb.

Ermənistanla Azərbaycan arasında sülh prosesi və bölgədə nəqliyyat yollarının açılması ilə bağlı məsələlərə də toxunulub.

Seçilən
42
2
teleqraf.com

3Mənbələr