İqtisad elmləri doktoru, professor Elşad Məmmədov DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində qurumun rəhbəri Kənan Əkpərov və onun komanda üzvləri ilə görüş keçirib.
QHT.az xəbər verir ki, görüş zamanı ölkəmizin sosial müdafiə sistemində rəqəmsallaşmanın tətbiqi və inkişaf istiqamətləri müzakirə olunub. Tərəflər sosial xidmətlərin göstərilməsində innovativ texnologiyaların rolu, vətəndaşlara xidmətin operativliyinin artırılması və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.
Professor Elşad Məmmədov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son illərdə rəqəmsal və innovativ həllərin geniş tətbiqi nəticəsində əhaliyə göstərilən sosial xidmətlərin operativliyi və effektivliyi əhəmiyyətli dərəcədə yüksəlib.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.