AZ

Müharibədən sonra ukraynalılar Aİ-dən deportasiya olunacaq? - ŞƏRH

Avropada bəzi sağ populist qüvvələr ukraynalı qaçqınların deportasiyasını tələb etsələr də, müharibə bitdikdən sonra belə kütləvi geri qaytarılma baş verməyəcək.

Hit.az xəbər verir ki, bunu “Kiyev24” telekanalına açıqlamasında Ukraynada “Miqrasiya siyasəti ofisi” adlı qeyri-hökumət təşkilatının rəhbəri Vasıl Voskoboynik bildirib.

“Kimisə məcburi şəkildə geri qaytarmaq planlaşdırılmır. İnsanlar ya könüllü şəkildə Avropa ölkələrində qalmaq, ya da könüllü şəkildə Ukraynaya qayıtmaq barədə qərar verəcəklər. Heç kim zorla deportasiya edilməyəcək", deyə ekspert qeyd edib.

Voskoboynikin sözlərinə görə, 2027-ci ilin mart ayında Avropa İttifaqında ukraynalılar üçün tətbiq olunan müvəqqəti qoruma statusunun müddəti başa çatacaq. Bu rejim 2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalı ilə əlaqədar olaraq tətbiq edilmişdi.

“Avropada ukraynalıların maneəsiz qalmasına imkan verən bu status yalnız müharibə dövrü üçün nəzərdə tutulub. Müddət bitdikdən sonra bu imkan avtomatik olaraq dayandırılacaq", deyə ekspert əlavə edib.

Müvəqqəti qoruma rejimi nədir?

Avropa İttifaqı 2025-ci ilin iyulunda bu rejimi 4 mart 2027-ci il tarixinədək uzatmışdı. Lakin Brüsseldə bu rejimin bundan sonra yenilənməsi planlaşdırılmır. Avropa Komissiyası artıq üzv ölkələrə 2027-ci ildən sonrakı dövrdə ukraynalı qaçqınlarla necə davranmalı olduqları barədə tövsiyələr təqdim edib.

Samir

Seçilən
43
hit.az

1Mənbələr