AZ

Saakaşviliyə qarşı yeni cinayət iş açıldı

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili konstitusiya quruluşunu pozmaqda ittiham olunur.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.

“Dövlətə qarşı cinayətlərə görə – sabotaj, xarici qüvvələrə düşmənçilik fəaliyyətində kömək, konstitusiya quruluşunun əsaslarına və milli təhlükəsizliyə qarşı yönəlmiş fəaliyyətlərin maliyyələşdirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırışlar – Mixail Saakaşvili, Georgi Vaşadze, Nika Qvaramiya, Nika Meliya, Zurab Çaparidze, Elene Xoştariya, Mamuka Xazaradze və Badri Çaparidzeyə qarşı cinayət işi başlanıb”, - məlumatda qeyd olunub.

İttihamlar 2022-ci ilin fevral ayında Ukraynada münaqişənin başlamasından sonra Gürcüstanda baş verən hadisələrlə bağlıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
15
axar.az

10Mənbələr