AZ

"Tarqovı"da 19 yaşlı oğlan öldürüldü - Əmisi saxlanıldı

"Tarqovı"da 19 yaşlı oğlan öldürüldü - Əmisi saxlanıldıBakının mərkəzində qətl törədilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə noyabrın 5-i saat 01 radələrində Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun 1987-ci il təvəllüdlü əmisi Babək İbadov tutulub.

Onun əvvəllər məhkum edildiyi və qətli öncədən planlaşdırdığı məlum olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
18
14
sonxeber.az

10Mənbələr