AZ

SON DƏQİQƏ! Gələn ildən "Qaçqınkom" fəaliyyətini dayandıracaq? - RƏSMİ

Kütləvi informasiya vasitələrində növbəti ildən "Qaçqınkom"a maliyyə vəsaitinin ayrılmayacağı ilə bağlı məlumatlar yayılıb.  Yayılan məlumatlar komitənin taleyi ilə bağlı bəzi iddialar ortaya çıxarıb. Belə ki, komitənin fəaliyyətinin dayandırılacağı, məhz buna görə də sözügedən komitə üçün maliyyə yardımının artıq nəzərdə tutulmadığı düşünülür. 


İddia ilə bağlı Manset.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğu ünvanlayıb. Komitədən verilən cavabda bildirilib:

"Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət təsisatıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər ilin sonu imzaladığı Fərmanla növbəti il üçün dövlət büdcəsindən komitəyə ayrılan vəsaitin miqdarı və istiqamətləri müəyyən edilir".

Fidan Vəlisoy 

Seçilən
24
6
manset.az

7Mənbələr