AZ

Türkiyə və Gürcüstan strateji tərəfdaşlığı dərinləşdirir

BAKI, 6 noyabr. TELEQRAF

Gürcüstan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Aleksandre Tabatadze nümayəndə heyətinin üzvləri ilə birlikdə Ankararada Türkiyə parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Hulusi Akar və komitə üzvləri ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə tərəflər Gürcüstan və Türkiyə arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığın əhəmiyyətini müzakirə ediblər.

Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri illərdir Gürcüstan Müdafiə Qüvvələrinə maddi-texniki dəstək verir və buna görə Aleksandr Tabatadze ev sahibi tərəfə təşəkkür edib.

“Gürcüstan parlamentinin nümayəndə heyətinin üzvləri türk həmkarları ilə görüş zamanı iki ölkə arasında çoxtərəfli əməkdaşlığı müzakirə ediblər”, - məlumatda qeyd olunub.

Diqqət təhlükəsizlik sahəsindəki çağırışlar və region ölkələrinin uzunmüddətli inkişafı və firavanlığı üçün sülh və sabitliyin vacibliyinə yönəldilib. Görüşdə strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi və regional təhlükəsizliyin möhkəmləndirilməsi üçün iki ölkə arasında yüksək səviyyəli səfərlərin fəal şəkildə davam etdirilməsinin vacibliyi qeyd edilib.

Seçilən
51
2
teleqraf.com

3Mənbələr