Futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.
SİA xəbər verir ki, Azərbaycan çempionu “Araz-Naxçıvan” Portuqaliyanın “Benkifa” klubu ilə qarşılaşacaq.
Təmsilçimiz ¼ finala vəsiqə qazanacağı təqdirdə isə AEK (Yunanıstan) – “Sportinq” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.
Komandalar arasında 1/8 finalın ilk görüşü noyabrın 24-də Bakıda, cavab matçı isə dekabrın 5-də rəqib meydanında keçiriləcək. ¼ final oyunları isə 23 fevral - 6 mart tarixlərində baş tutacaq.
Qeyd edək ki, turnir hazırkı formatda ilk dəfə təşkil olunub. Buna qədər əsas mərhələdən sonra elit-raud keçirilirdi.