AZ

“Kalmaegi” tayfunu 140 nəfərin həyatına son qoydu

Filippinin mərkəzi və cənubunda Kalmaegi tayfunu nəticəsində ən azı 140 nəfər həlak olub.

Editor.az xəbər verir ki, AFP yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, daha 127 nəfər itkin düşüb.
Filippin Milli Mülki Müdafiə Agentliyi 114 itkini təsdiqləyib, lakin bu rəqəmə Sebu əyalət hakimiyyəti tərəfindən bildirilən daha 28 nəfər daxil deyil. 3 noyabrda fırtınanın əsas zərbəsini çəkən Sebu əyalətində 93 ölüm hadisəsi qeydə alınıb, 26 nəfər itkin düşüb.
Associated Press-in məlumatına görə, Filippin Prezidenti Ferdinand Markos kiçik fövqəladə vəziyyət elan edib. Kalmaegi bölgəyə leysan yağışlar və qasırğa gücündə küləklər gətirib. Filippin hakimiyyəti sahil ərazilərindən təxminən 400.000 insanı təxliyə edib. Dəniz dalğaları 4 metrə (13 fut) çatıb. Tayfun Vyetnama doğru irəliləyir.

Qeyd edək ki, Filippin hər il orta hesabla müxtəlif gücdə 20 tayfuna məruz qalır. 2025-ci ildə onların sayı artıb və proqnozlara görə, ilin sonuna qədər daha üç-beş tayfun gözlənilir.

//Samir Qurbanov, Editor.az

Seçilən
41
editor.az

1Mənbələr