Bakı. Trend:
Vətən müharibəsinə həsr olunan “44” bədii filminin çəkilişləribaşa çatıb və komanda post-prodakşn işlərinə başlayıb.
Trend xəbərverir ki, layihənin ərsəyə gəlməsi üçün peşəkar komanda yaradılıb.Film üzərində işlər ümumilikdə 4 il davam edib, çəkilişlər isə 2 ilərzində Bakı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi,Xocavənd, Lerik, Şuşa və digər bölgələrdə aparılıb.
Filmin yaradıcı heyəti, ekran əsərində rol alan istedadlıaktyorlar Vətən müharibəsinin real döyüş səhnələrini, tarixi Zəfəruğrunda ağır mübarizəni məharətlə canlandırmaqla şanlı 44 günü,ordumuzun qəhrəmanlığını, xalqımızın birliyiniəbədiləşdiriblər.
Filmin treyleri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.