Əmlak Məsələləri Dövlət Xidməti 3 dekabr 2025-ci ildə ölkənin bir sıra rayon və şəhərlər üzrə bələdiyyə torpaqlarının müsabiqə və hərraclarını keçirəcək.
BAKU.WS-in əldə etdiyi məlumata görə, hərraclarda həm torpaq sahələrinin satışı, həm də uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulur.
Hərraclar Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir, Lənkəran, Ucar, Xaçmaz və Şəki ərazi şöbələrində təşkil olunacaq.
Ən çox torpaq sahəsi icarəyə Yevlax, Ağdaş, Kürdəmir, Qax və Xaçmaz rayonlarında çıxarılıb. Torpaqlar əsasən kənd təsərrüfatı və heyvandarlıq məqsədilə 5 ildən 20 ilə qədər müddətə icarəyə veriləcək. Satışa çıxarılan torpaqlar arasında Zərdab və Şabran rayonları xüsusi diqqət çəkir.
Müsabiqə və hərracda iştirak etmək istəyən şəxslər ətraflı məlumat üçün müvafiq bələdiyyələrə və ya Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrinə müraciət edə bilərlər.
Müsabiqə və hərraca çıxarılmış torpaqların siyahısı
| № | Rayon / Bələdiyyə | Sahə | Satış / İcarə | Müddət | İlkin qiymət (₼) | Təyinat | Qeyd |
|---|---|---|---|---|---|---|---|
| 1 | Yevlax, Salahlı (Varvara kəndi) | 3.82 ha | İcarə | 5 il | 458.40 | Heyvandarlıq | Kənd təsərrüfatı təyinatlı, III qrup |
| 2 | Ağdaş, Xosrov (Tofiqi kəndi) | 6.44 ha | İcarə | 15 il | 708.40 | Kənd təsərrüfatı istehsalı | Ehtiyat fondu, IV qrup |
| 3 | Astara, Siyaku (Siyaku kəndi) | 2800 kv.m | İcarə | 20 il | 45.00 | Kənd təsərrüfatı istehsalı | I qrup torpaq |
| 4 | Kürdəmir, Şilyan-Qarabucaq (Qarabucaq qəs.) | 6.90 ha | İcarə | 15 il | 759.00 | Heyvandarlıq | IV qrup, örüş torpağı |
| 5 | Zərdab, Zərdab şəhəri | 100 kv.m | Satış | - | 5500.00 | Sahibkarlıq | Yaşayış məntəqəsi torpağı, V qrup |
| 6 | Şabran, Pirəbədil (Çinarlar kəndi) | 1200 kv.m | Satış | - | 6000.00 | Fərdi yaşayış evi | I qrup əkin torpağı |
| 7 | Şabran, Pirəbədil (Çinarlar kəndi) | 1200 kv.m | Satış | - | 6000.00 | Fərdi yaşayış evi | I qrup əkin torpağı |
| 8 | Şabran, Pirəbədil (Çinarlar kəndi) | 1100 kv.m | Satış | - | 5500.00 | Fərdi yaşayış evi | I qrup əkin torpağı |
| 9 | Xaçmaz, Nərəcan (Şıxlı kəndi) | 1.54 ha | İcarə | 15 il | 308.00 | Kənd təsərrüfatı istehsalı | III qrup əkin torpağı |
| 10 | Qax, Qıpçaq (Ağyazı kəndi) | 3.70 ha | İcarə | 15 il | 740.00 | Kənd təsərrüfatı istehsalı | I qrup torpaq, bonitet 100 |
| 11 | Qax, İlisu (Qaradolaq kəndi) | 8.00 ha | İcarə | 15 il | 800.00 | Heyvandarlıq | I qrup torpaq, bonitet 91 |