“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden UEFA Çempionlar Liqasının həftənin ən yaxşı futbolçusu seçilib.
90deqiqe.Az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
İngiltərəli futbolçu turnirin qrup mərhələsinin 4-cü turunda Dortmundun “Borussiya” klubuna qarşı oyunda dubl edib. Fodenin iki qolu “şəhərlilər”ə rəqibi 4:1 hesabı ilə məğlub etməyə kömək edib.
Səsvermədə Foden “Qalatasaray”ın hücumçusu Viktor Osimhen (3:0 hesabı ilə “Ayaks”a qarşı het-trik), “Brügge”nin vingeri Karluş Forbş (iki qol və bir məhsuldar ötürmə “Barselona” ilə 3:3 hesablı oyunda) və “Arsenal”ın yarımmüdafiəçisi Mikel Merinonu (“Slaviya”ya qarşı 3:0 hesablı görüşdə dubl) qabaqlayıb.
Qeyd edək ki, Fil Foden cari mövsümdə Çempionlar Liqasında üç oyunda iştirak edib və iki qol vurub.