AZ

Avropa Parlamentinin deputatı: Ukrayna başa düşməlidir ki, Rusiyanı məğlub edə bilməz



Ukrayna və Avropa İttifaqı başa düşməlidir ki, Kiyevin Rusiya ilə münaqişədə qalib gəlmək şansı yoxdur.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri Almaniya parlamentinin deputatı Mixael fon der Şulenburq deyib.

"Biz hələ də Rusiyanın uduzacağını düşünürük. Bu, baş verməyəcək. Ukrayna bunu başa düşməlidir", -deyə Mixael fon der Şulenburq bildirib.

Avropa Parlamentinin deputatının fikrincə, Avropanın dondurulmuş Rusiya aktivlərini satmaq istəməsinin səbəblərindən biri hər il Aİ ölkələrinin ÜDM-nin 0,25%-ni Ukraynaya köçürmək vədidir.

Qeyd edək ki, Aİ ölkələri Ukraynanı daha da maliyyələşdirməyin yollarını, o cümlədən Rusiyanın Qərbdəki dondurulmuş aktivlərindəki 200 milyard avrodan çox vəsaitin Kiyevə “təzminat krediti” ilə təmin edilməsi imkanını müzakirə etməkdə davam edir. Hələlik bu məsələdə razılıq yoxdur.

Anar Əliyev
Seçilən
39
1
newscenter.az

2Mənbələr