AZ

Azərbaycan Metrologiya İnstitutu yeni avadanlıqlar alıb

Azərbaycan Metrologiya İnstitutu “Təzyiq pompası və rəqəmsal manometrlərin” satınalınması üzrə tenderin nəticələrini açıqlayıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, qalib “TESTEC” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında ümumi dəyəri 10.643,6 AZNolan müqavilə bağlanacağı gözlənilir.

Tender çərçivəsində alınan avadanlıqlar bunlardır:

Təzyiq pompası, ölçmə diapazonu: -0.91 ÷ 40 bar (1 ədəd)

Təzyiq pompası, ölçmə diapazonu: 0 ÷ 40 bar (1 ədəd)

Rəqəmsal manometr, ölçmə diapazonu: 0.95 ÷ 7 bar, bölgü qiyməti 4 rəqəm, xəta: 0.02 %-0.2 % (1 ədəd)

Rəqəmsal manometr, ölçmə diapazonu: 0 ÷ 40 bar, bölgü qiyməti 3 rəqəm, xəta: 0.02 %-0.2 % (1 ədəd)

Bildirək ki, qalib şirkətin nizamnamə kapitalı cəmi 5 manatdır, qanuni təmsilçisi isə Nurəngiz Məlikova Haciağa qızıdir.

Seçilən
37
nocomment.az

1Mənbələr